“Sizdən başqa güvənəcəyim kimsə yoxdur” – Şəhid qızından prezidentə MÜRACİƏT – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış aktrisa Könül Yusifqızı prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.

Müraciətini BAKU.WS-ə göndərən K.Yusifqızı tənha qadın olduğunu vurğulayaraq mənzillə təmin olunmasını xahiş edir:

“Atam  Məmmədov Yusif Allahverdi oğlu 1994-cü ilin aprelində Ağdamın Güllücə kəndində şəhid olub. Şəhid olanda 59 yaşı vardı. Yəni, o yaşda belə mübarizliyindən dönməyib. Atam şəhid olanda anamı və yeganə övladı olaraq məni bu dövlətə əmanət qoyub. Biz illərdir kirayədə yaşayırıq.

Anam bir neçə ay əvvəl rəhmətə gedib. Dünyasını dəyişməmişdən bir müddət əvvəl məndən www.president.az saytına yazaraq vəziyyətimi anlatmağımı istəmişdi. Oradan mənə cavab gəldi, lakin prezidentin təyinatı ilə vəzifədə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısı və əmək və əhalinin sosial müdafiəsi naziri mənə cavab vermədi. Mən məcburən bu videomüraciəti ünvanlamalı oldum.

Cənab prezident! Mənim bu dünyada sizdən başqa güvənəcəyim kimsə yoxdur. Sizdən xahiş edirəm ki, məni evlə təmin edəsiniz. Mən də istəyirəm ki, övladım yaxşı məktəblərdə oxusun, bu dövlət üçün yararlı bir vətəndaş kimi böyüsün. Bunun üçün isə mənim mənzil şəraitimin yaxşılaşmasına ehtiyac var”.

K.Yusifqızı bildirib ki, anası Məmmədova Suvara İsfəndiyar qızı şəhid ailəsi kimi 2014-cü ildə Abşeron rayonunda mənzil növbəsinə durub. Siyahıda onun adı 105-cidir. Anası vəfat edib, hazırda atasının yeganə varisi odur. 

K.Yusifqızının videomüraciətini təqdim edirik:


Related Articles

+994 50 295 94 79
top