Nazilə Səfərli bacısı oğlunu incidən müəllimi belə biabır etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Şairə Nazilə Səfərli məktəbdə bacısı oğlunu incidən müəllimi sərt şəkildə tənqid edib.
AzNews.az xəbər verir ki, şairənin sözlərinə görə, müəllim şagirdi ona hədiyyə gətirmədiyi üçün uşaqların gözü qarşısında tənqid edib. Azyaşlı isə ağlayaraq evə gəlib.
“Deməli belə, bacılarımın uşaqları Hövsan məktəblərində oxuyurlar. Müəllim bacımoglunu sinifdə alçaldıb ki, sənin Nazilə xalan gərək buraya gəlib pay gətirərdi, hamımızı “görərdi”. Ay sənin kimi müəllimin üzünü mən yox, gor görsün. Uşagın xalası Nazilə yox, hansısa Səkinə olsaydı, kimdən rüşvət umacaqdın? Bacımoglunu evə gözüyaşlı göndərən müəllim, hələ nə adını, nə məktənin nömrəsini yazmıram. Sabah uşagı çagırıb onun könlünü alarsan, əməlin üçün üzr istəyərsən. Xala, bibi, dayı, əmi, yeznə, bacanagın məktəbli ilə nə əlaqəsi? Hərə özü üçündür. Bəsdirin, tanınmışların ailəsinə az nəfs salın!”. Nazilə Səfərli belə deyib.

Related Articles

+994 50 295 94 79
top