Ramazan ayı bu tarixdən başlayır

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

Ramazan ayı mayın ilk günlərinə təsadüf edəcək.

Cümə məscidindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

Bundan başqa, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

Eyni zamanda təqvimdə Ramazan bayramı iyunun 5-ə düşəcək.

Lakin dəqiq qərar Qafqaz Müsəlmanları İdarəsinin keçirəcəyi yekun iclasdan sonra veriləcək. İclasda qərar ayın görünməsinə uyğun deyiləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin 5, 6 iyun tarixləri ölkəmizdə Ramazan bayramı ilə əlaqədar, qeyri-iş günləri hesab edilir.

Related Articles

+994 50 295 94 79
top