Qorxunc STATİSTİKA: Azərbaycanda hər il 20 min uşaq abort etdirilir

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanda hər il azı 20 min abort etdirilir”.
Yenilik.az “Report”a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.
O bildirib ki, dünyada hər gün 8 min qız uşağı ölür: “Eyni zamanda, dünyada hər il 700 milyon yetkinlik yaşına çatmayan qızlar nikaha cəlb edilir. Biz problemlərdən danışmağa qorxmamalıyıq. Uşaq hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsidir. Biz bu problemlərdən danışan kibercinayətlərdən də danışmalıyıq. Bu gün sosial şəbəkələrdə feyk səhifələr yaradılaraq uşaqlarla münasibətlərin qurulması həyata keçirilir. Bu, böyük problemlərdəndir”.

Related Articles

+994 50 295 94 79
top