Beyləqanda “Heydər Əliyev parkı”nı kim satib? – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Redaksiyamiza Beyləqan sakinləri H.Əliyev adına parkının ərazisinin satılması ilə bağlı şikayəti daxil olub.

Şikayətdə qeyd edilir ki,neçə illərdir ki, Beyləqan sakinlərni rayonun mərkəzində yerləşən H.Əliyev adına parkının ərazisinin satılması ilə bağlı müxtəlif instansiyalara şikayət edirlər. Lakin çox qəribədir ki, dövlət qurumları bu fakta reaksiya vermək istəmirlər. Qəribədir ki, zəbt olunmuş park ərazisinin qaytarılması ilə bağlı Ali Məhkəmənin qərarı olsa da, bu qərar icra olunmur və Beyləqanda H.Əliyev adına parkın bir hissəsi yenə də “işğal” altındadır.

Qeyd edək ki, son bir neçə aydır ki, bu mövzu mətbauatı da gündəmində olub. Şikayatəçilərin harayını Haqqin.az saytı və daha sonra “Turan” İnformasiya Agentliyi işıqlandırıb. Lakin buna baxmayaraq, məsələyə aydınlıq gətirilməyib. Elə bil parkın adını daşıyan dahi şəxsiyyətin qurduğu dövlətin yüksəkçinli məmurları deyillər. Sanki H. Əliyev dövlət qurubmuş ki, bəzi məmurlar onun adını daşıyan dövlət obyektlərini sahibkarlara, işbazlara satıb pul qazansınlar…
Məhəmməd İmanovla Vaqif Abdullayevin iş birliyi Beyləqandakı Heydər Əliyev adına parkın müəyyən əraziləri hələ 2011-ci ildə satılıb. Satış o zamankı Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin şəxsi göstərişi ilə həyata keçirilib. Daha doğrusu, qanunsuzluq və özbaşınalıq Vaqiif Abdullayevlə ayrı-ayrı məmurlar əlbir şəkildə həyata keçirilib. Əslində bu fakt səlahiyyətlərdən sui-istifadə etməkdir. Beyləqan sakinləri adı çəkilən şəxsləri xidməti cinayətdə ittiham edirlər.

4 hektar 21 sot olan parkın 3 hektarından çoxu satılıb

Məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinə danışan və şikayətçilərdən biri olan Beyləqan sakini, 2014-cü ilə kimi Beyləqan Rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Zakir Mehdiyev bildirib ki, o, vəzifədə olduğu müddətdə bu sənədlər üzə çıxmayıb. Lakin parkın ərazisinin satılması ilə o, məlumatlı olub və qanunsuzluqla bağlı dəfələrlə icra başçısı Vaqif Abdullayevə etiraz etsə də onun bu etirazlarına məhəl qoyan olmayıb. Daha sonra isə ortaya H.Əliyev parkının satılması ilə bağlı rəsmi sənəd çıxıb.
Sabiq hüquq şöbəsinin müdirinin sözlərinə görə, H.Əliyev parkının ərazisinin satılması bağlı iki sənəd verilib, sənədin biri 2011-ci ildə 24 sot sahəyə, digəri isə 2013-cü ildə isə 4 sot sahəyə aiddir.

“O zaman həmin sənədlərdən xəbərsiz olmuşam, bu sənədlərin varlığından belə xəbərim olmayıb. Həmin vaxtlar 30-40 alqı-satqının, demək olar ki, yarısı mənim xəbərim olmadan reallaşdırılıb. Yalnız mən vəzifədən azad olunduqdan sonra bu alqı-satqılarla bağlı sənədləri üzə çıxarıblar. Deməyim odur ki, bu sənədlər saxtadır, ərazi istirahət parkı olduğu üçün alqı-satqı obyekti ola bilməz”, deyə Beyləqan İcra Hakimiyyətinin o zamankı hüquq şöbəsinin bildirib.
Z.Mehdiyev deyir ki, bu parka 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra onun adı verilib və xatirəsi əbədiləşdirilib. Buna qədər isə Beyləqan şəhərinin Mədəniyyət və İstirahət Parkı kimi tanınıb.

Xatırladaq ki, bu ərazilər rayonun iş adamı Vahid Abdullayev tərfindən alınıb, həmin ərazidə çoxsaylı şam ağacları kəsilib, sahə hasarlanıb. Bu, həm də şəhərdə insanların istirahət yerinin əlindən alınmasıdır və ona görə bu alqı-satqı bir çox adamlarda narazılıq yaradıb.

Maraqlıdır ki, Vahid Abdullayevə 2011-ci ildə 24 sot sahəyə, daha sonra isə 2013-cü ildə isə 34 sot sahəyə “Çıxarış” verilsə də Abdullayev 5800 kvadratmetr park ərazisini qanunsuz zəbt edib. Parkın ərazisinin bütünlükdə 4 hektar 21 sot olduğu halda indi bu ərazinin 3 hektardan çoxu zəbt edilib.
Bu əraziləri Vahid Abdullayevə məhz Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayev satıb. Lakin əldə etdiyimiz məlumata həmin park ərazisinin Vahid Abdullayevə satılmasını icra başçısından Məhəmməd İmanov xahiş edib.

Beyləqandakı H.Əliyev adına parkın ərazisinin satılması ilə bağlı Kərəm Həsənovun məlumatlı olub olmaması ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Lakin məsələnin məhkəməyə daşındığını, Ali Məhkəməyə qədər gedib çıxdığını və mətbuatda dəfələrlə işıqlandırıldığını nəzərə alarsaq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin artıq bu qanunsuzluqdan xəbərdar olmamış deyil.

Ali Məhkəminin qərarının icrasına kim mane olur?

Onu da qeyd edək ki, bir qrup Beyləqan sakini H.Əliyev parkının ərazisini zəbt etdiklərinə görə Vahid Abdullayə qarşı məhkəmə iddiası qaldırıblar. 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində iddiaya baxılıb, amma məhkəmə iddianı rədd edib.

Bundan sonra Beyləqan Rayon Məhkəməsinin qərarından Şirvan İnzibati İqtisadi Məhkəməsinə müraciət edilib. Burada da Beyləqan Rayon Məhkəməsi haqlı sayılıb. Bundan sonra Ali Məhkəməyə müraciət edilib və Ali Məhkəmə 2018-ci il dekabrın 27-də qəbul etdiyi qərarla Beyləqan sakinlərinin iddasını edib. Lakin ən yüksək məhkəmə instansiyasında qərar verilməsinə baxmayaraq Ali Məhkəmənin qərarı icra olunmur. Hansısa sehirli əl bütün instansiyalara təzyiq edərək Ali Məhkəmənin icrasına mane olur. Bu üzdən də Vahid Abdullayev qanunsuz olaraq H.Əliyev parkının böyük bir hissəsini öz mülküyyətində saxlamaqda davam edir.

Məsələyə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərdiyimiz sorğuya cavab olaraq bildiriblər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Beyləqan İcra Hakimiyyətinin əməkdaşları Beyləqan şəhərində yerləşən Heydər Əliyev adına parkin ərazisinə baxış keçirərək təqdim olunan sənədləri araşdırıb. Araşdırma Azərbaycan Respublikasının Baş Nazirinin 03.01. 2019-cu il tarixli 10 / kol 176 , 177 ( 2 ) : 10 / 8 – 91 ( 2 ) nömrəli tapşırığına əsasən həyata keçirilib. Bu zaman bir sıra məsələlər müəyyənləşib.
Beyləqan şəhərinin 2009 – 2029-cu illər üçün işlənilən Baş planı Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 11 nömrəli 15.02.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Beyləqan şəhərinin mövcud Baş planına əsasən “Heydər Əliyev parkının ərazisi 4.92 hektar (faktiki isə 4.51 hektar) müəyyən edilmişdir. 2004-cü ilin “google earth” proqramının çəkiliş materiallarina əsasən həmin dövrdə parkın Heydər Əliyev prospekti istiqamətində giriş hissəsində Milli qəhrəman Namiq Müslüm oğlu Allahverdiyevin büstü və alleyası, alleyanın sol tərəfində Tarix diyarşünaslıq muzeyi – Sonradan “Heydər Əliyev muzeyi’nin ikimərtəbəli binası, Şahin Quliyevin istifadəsində iaşə obyekti, onun sağ tərəfində Yaşıl teatr adlı üstü açıq teatr klub, onun arxa hissəsində Sakit oyunlar pavilyonu olmuşdur .
Beyləqan İcra Hakimiyyəti başçısının park üçün 2013-cu ildə təsdiq etdiyi Baş plana əsasən “Heydər Əliyev parkı”nın ərazisi 2.30 ha müəyyən edilmiş və həmin ərazidə park salınmışdır.
Beyləqan şəhərinin Baş planında park üçün nəzərdə tutulmuş 4.92 hektar (faktiki isə 4.51 hektar) ərazinin abadlaşdırılmamış hissəsindən Beyləqan rayon icra Hakimiyyəti başçısının :
– 28 noyabr 2011-ci il tarixli 190 nömrəli sərəncamı ilə park ərazisində Qarabağ müharibəsi və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə 0.7 ha:
– 26 aprel 2012-ci il tarixli 53 nömrəli sərəncamı ilə ” Heydər Əliyev Mərkəzi’nin tikintisinə 08 ha ;
– 12 dekabr 2012-ci il tarixli 170 nömrəli sərəncamı ilə Beyləqan rayon polis şöbəsinin yeni inzibati binasının tikintisi üçün 0.87 ha ;
– 12 fevral 2013-cü il tarixli 42 nömrəli sərəncamı ilə Gənclər Mərkəzi və Şahmat məktəbinin tikintisi üçün 0.081 ha ;
– 30 oktyabr 2013-cü il tarixli 195 nömrəli sərəncamı ilə Sahibkarlıqla (qeyri – yaşayış obyektinin tikintisi üçün) məşğul olmaq məqsədilə Abdullayev Asif Vahid oğluna 0.24 ha ;
– 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamı ilə Sahibkarlıqla məşğul olmaq məqsədilə Abdullayev Vahid Cəmil oğluna 0.344 ha ;
– 29 dekabr 245 nömrəli sərəncamı ilə 80 yerlik Uşaq bağçasının tikintisi məqsədilə 0.12 ha ;
– 29 dekabr 2013-cü il tarixli 245 nömrəli sərəncamı ilə Şahmat məktəbinin tikintisi üçün 0.0287 ;
– 14 oktyabr 2015-ci il tarixli 111 nömrəli sərəncamı ilə “Bayraq muzeyi”nin tikintisi üçün 0.08 ha torpaq sahələri ayrılmışdır.
Bunula da qeyd etmək istəyirik ki,Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin bu məsələyə hec bir aidiyyatı yoxdur.(Yeni Zaman) TEREF.AZ

Related Articles

+994 50 295 94 79
top