MASALLININ HƏRBİ KOMİSARLIĞINDA NƏ BAŞ VERİR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Aprelin ilk günlərində ölkə ictimaiyyəti 2016-cı il Aprel zəfərinin üç ilinin tamam olmasını qürurla qeyd etdi. Tədbirlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən, yüksək döyüş qabiliyyətindən, torpaqlarımızı erməni işğalçılarından hər an azad edə biləcək qüdrətə sahib olmasından danışıldı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Aprel zəfəri kutlamalarının hələ səngimədiyi günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin II bölməsinin rəisi Ceyhun adlı zabiti bir az da eyforiyaya qapılaraq xəsdə uşaqları hərbi hissəyə yollamağa qərar vermişdir.
Redaksiyamıza daxil olmuş məlumata görə, Masallı rayonundan çağırışçı olan Əbilov Azər Alxas oğluna qarşı qanunsuzluqlar törədilmiş , tam yoxlanılmamış,xəsdə olduğu halda hərbi hissəyə yollanılmışdır.
-a verilən məlumata görə Azər ruhi xəstədir, Rusiya Fedarasiyasında kəllə-beyin travması alıb, psixiatriya dispanserində müayinə olunub və nevroloji xəstə olduğu təsdiqlənib.Belə ki çağırışçı bu ilin mart ayında Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası iki gün yatıb və psixoloji problemi olduğu qeyd edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinə təqdim olunmuş tibbi sənədləri gizlədilərək yenidən aprel ayında Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına çağırışçını yollamış və 08.04.2019-cu il tarixdə çağırışçı Azər Əbilovu həmin gün Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının “xəstənin satasionar tibbi kartası”ndan çıxarışının nəticələrinə məhəl qoymadan (əvvəlki çıxarışların gizlədilməsi ilə) və hərbi komissarlıqda heç bir həkim müayinəsindən keçirmədən “N” saylı hərbi hissəyə həqiqi hərbi xidmətə göndərmişdir.Ortaya haqlı sual çıxır: “Belə ruhi xəstə olan vətəndaşın həqiqi hərbi xidmətə göndərilməsindən sonra baş verə biləcək hər hansı bir hadisəyə görə kim məsuliyyət daşımalıdır?”
İyirmi gün ərzində bir çağışçını Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına yollamaqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsi görəsən nə məqsəd güdür?
Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

mediatv.az

Related Articles

+994 50 295 94 79
top