“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın ən sürətli mobil şəbəkəsi Formula 1 təqviminin ən sürətli şəhər trekində ən sürətli mobil internet xidmətlərini təqdim edir

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi “Bakcell” şirkəti Formula 1 SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışı ilə əlaqədar xüsusi hazırlıq işləri görüb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “Bakcell” şirkəti arasında Azərbaycan Qran-Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən, “Bakcell” şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərəcək.

Belə ki, müqavilə çərçivəsində bulvar tribunasına “Bakcell” şirkətinin adı verilib və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənib. Bundan başqa, bulvar ərazisində yerləşən Formula 1-in azarkeşlər zonasında “Bakcell” tərəfindən tamaşaçılar üçün əyləncəli tədbirlər təşkil edilib. Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran-Prisinin tamaşaçılarına təqdim edəcək.

Bundan əlavə, “Bakcell” özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib, qaliblərə Formula 1 yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.

Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan “Bakcell” şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb.

Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq irihəcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb. Eləcə də, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət ediləcək.

Həmçinin “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xaricdən gələn qonaqların və ölkə vətəndaşlarının mobil rabitəyə dair suallarını cavablandıracaq.

Related Articles

+994 50 295 94 79
top