“Bakcell” “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti abunəçilərin müraciətlərinin “Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb. 

Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən “Socialbakers” şirkəti 2019-cu ilin birinci rübündə daxil olan sorğuların “Bakcell” tərəfindən 100 faizinin cavablandırıldığını qeyd edib.

“Bakcell” şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100 faiz cavablandıraraq ən yüksək nəticəyə nail olub.

Yüksəkkeyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

Related Articles

+994 50 295 94 79
top