Göyçayda daha bir nəfəri ilan sancdı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Göyçay rayonunda daha bir ilansancma hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayonun Şahsultanlı kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Hakim İslam oğlunu ilan sancıb.
O, sağ bayır topuq nahiyəsindən ilansancma diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Göyçay rayonunda 15 yaşlı gənci də ilan sancıb.

Related Articles

+994 50 295 94 79
top