Araz Əlizadə: “Azərbaycanda seks turizmi inkişaf edir”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Gəlib, pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.
O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi: “Amma sonradan bu məsələdə dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.
Deputat Tahir Kərimli də çıxışında bu məsələni qaldırıb: “İnsanlar evlərini hostellərə, mehmanxanalara çevirirlər. 2017-ci ildə qanuna dəyişiklik olundu ki, çoxmənzili binalarda qeyri-yaşayış sahəsinin hostelə çevrilməsi üçün icazə lazım deyil. Amma əvvəlki qanunda qonşuların mənafeyi nəzərə alınırdı. Yeni qanunda bu məsələ nəzərə alınmır. Azərbaycanda masaj salonlarına, barlara nəzarəti gücləndirmək lazımdır. Vaxtilə mən ərəblərlə bağlı məsələ qaldırmışdım. Hazırda yaşadığım ərazidə hər kəs sözünü deputata deyir. Bəs deputat kimə desin?!”

Related Articles

+994 50 295 94 79
top