Müğənni Elnarənin yalanı üzə çıxdı – Xəstənin ailəsindən və klinikadan açıqlama

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Elnarə Xəlilovanın “Baku Medical Plaza” barədə irəli sürdüyü ittihamla bağlı hər iki tərəf açıqlama verib. Belə ki, sənətçi rəfiqəsi Lətafət Şirəliyevanın klinikada zərərçəkdiyini bildirsə də, onun ailəsi və özəl tibb müəssisəsi bu xəbəri inkar edərək ictimaiyyətə ətraflı məlumat verib. 

Lətafət Şirəliyevanın ailəsi yazılı şəkildə minval.info-ya müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

“Əzizimiz Lətafət Şirəliyevanın sağlamlıq durumu və müalicəsi ilə bağlı son vaxtlar bəzi saytlarda bizə istinad edilərək B.M.P klinikasının ünvanına kəskin tənqid və böhtan xarakterli məqalələrin dərc edilməsi ilə əlaqədar bəyanat veririrk ki, bu məlumatların heç biri həqiqətə uyğun deyil, yalandır. Əsası olmayan belə məlumatların bizə istinad edərək yayılmasına son qoyulmasını tələb edirik. Lətafət Şirəliyevanın müalicəsi ilə əlaqədar B.M.P klinikasında görülən tədbirlərlə bağlı onun tibbi personalından və rəhbərliyindən çox razıyıq və çəkdikləri əziyyətin müsbət sonuclanmasını Allahdan arzu edirik. Hər bir hansı maddi yardıma ehtiyacımız yoxdur. Müalicə üçün guya 37 min manat ödəməyimizlə bağlı saytlarda və müğənni Elnarə Xəlilovanın komentariyasında yazılan məlumatlar tam yalandır, əsassızdır. Göstərilən tibbi xidmətlərin xərci klinika tərəfindən qarşılanır. Çox xahiş edirik, ailəmiz üçün hazırda yaşadığımız çətin durumda və əzizimizin müalicəsində əziyyət çəkən tibbi personala mənəvi iztirab verəcək istənilən məqalələrin yazılmasına son qoyun”.

“Baku Medical Plaza” klinikasının mətbuat xidmətinin açıqalamasını təqdim edirik:

“Son günlər bəzi kütləvi informasiya vasitələrində Lətafət Şirəliyevanın ağır xəsəliyi mövzusunda “Baku Medical Plaza” klinikasının işgüzar nüfuzuna xələl yetirən, həqiqətə uyğun olmayan yazılar yazılmaqdadır. Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılıb. Klinika özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmiş və müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur. Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz. İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır.

17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikada aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. Təxminən 10 gün sora L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib. Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib. Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb. Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir. Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib. 3 gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib. L. Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılmışdır. Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozları ilə ranimasiyaya yerləşdirən L. Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilmişdir. Lakin xəstənin immun sistemi zəiflədiyindən hal-hazırda immun sisteminin qaldırılması və qan dəyərlərinin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir, xəstəyə immunoqlobin tətbiqinə başlanmışdır. Xəstənin vəziyyətini dəyərləndirmək üçün klinikamızın və ölkənin bu sahə üzrə digər mütəxəssis həkimləri ilə konsiliumlar keçirilir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir. Vəziyyəti son dərəcə kritik ağır olsa da klinikanın bütün tibb personalı L. Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər.

Xəstənin müalicəsinin davam etdirilməsi üçün yaxınlarından 37.000 manat pul tələb edilməsi yalandır, bəzi saytların belə xəbərləri istinad etdikləri saytda məsələ ilə əlaqədar həqiqəti əks etdirən yazını “görmədən” paylaşması təəssüf doğurur və BMP öz işgüzar nüfuzunu qorumaq üçün prosessual addımlar atmaq məcburiyyətindədir”.

Related Articles

+994 50 295 94 79
top