Kontakt Home satdığı xarab telefona sahib çıxmır-QIZIL ZƏMANƏT versə də…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin ardı-arası kəsilmir. Mütəmadi olaraq vətəndaşların aldadılması, saxta kampaniyalarla mətbuatın gündəminə gələn “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı yeni şikayətlərdən birini  feysbuk sosial şəbəkəsində Fəridə Əsgərova adlı istifadəçi yayıb.TİA.AZ bildirir ki, Fəridə Əsgərova Kontakt Home-dan aldığı telefonun xarab olmasını iddia edir və  QIZIL ZƏMANƏT-in olmasına baxmayaraq Kontakt Home-nin telefonlarına sahib çıxmamasından şikayətçidir.Şikayəti təmin olmadığından və get-gələ salındığını bildirən vətəndaş hətta buna görə şirkətdən intiqam almaq üçün  hər yerdə biabır edəcəyini bəyan edir:

TİA.AZ olaraq “Kontakt Home” nin növbəti qurbanı olan Fəridə Əsgərovanın şəxsi profilində yaydığı paylaşmanı təqdim edirik:

“Mən Kontakt Home-dan şikayətimi yazacam. Bir az da uzun yazacam. Şikayətim var,hirsliyəm.

Mən Kontakt Home-nin 20 yanvar filialından 2018-ci ilin iyununda Lenova K5 markalı mobil telefon almışam.
Telefonu aldığım ilk gündən normal işləmədiyini hiss edirdim. Sadəcə ,əvvəl İOS işlətdiyim üçün bu telefonda “okay”a öyrəşə bilmirdim deyə çətinlik çəkirdim. Elə də istifadə edirdim. Sonra sosial şəbəkələr açılmamağa və dalğa tez -tez itməyə başladı.
Hər dəfə “hamıda telefonda belə belə olur?” ,”Sizdə də Androidddir?”, “Sizdə də belə olur?,- deyə hamıya sual verirdim. Telefonu bir Servisə də aparıb göstərmədim ki,buna görə özümü çox qınayıram. Axır ki, deyəsən yanvarda telefonu aparıb Servisə verdik. Dedilər ki,telefonda heç bir problem yoxdur. Qeyd edim ki,telefonun QIZIL ZƏMANƏTİ var. Fikirləşdim mən onsuz da onlara heç nə sübut edə bilməyəcəm. Qəbul edib, telefonu işlətməyə davam etdim.
2 apreldə telefona zəng gələndə səs gəlməməyə başladı. Mənə zəng edilir və səs gəlmir. Bundan sonra onlara sayt üzərində müraciət yazmışam. Sayt üzərindən müraciətə şəkil əlavə etmək mümkün olmadığı üçün eyni müraciəti  feysbuk səhifələrinə yazıb bu dəfə şəkillər əlavə etmişəm.
Şikayətlərim bunlar idi:1.Telefon donur 2.Sosial media hesabları açılmır.3.Whatapps veb-ə qoşulan zaman telefon uzaqlaşan kimi internetdən çıxır.Eyni internetə eyni komputerə başqa telefon qoşulan zaman bu problem olmur.4.Screen etmək olmur.5.Öz -özünə sönür.6.Səs itirdi. Bunun səbəbi kimi bəlkə dalğa olmur deyə düşünürdüm. (Problemlərin şəkilin əlavə etmişəm).
Təklif və şikayətlə departamentindən Mətanət xanım mənimlə səhər saat 10-da əlaqə saxladı. (Mən axşam yazmışdım)
Facebookda olan əməkdaş heç özünə əzəyyət vermədən necə kömək edə biləcəyini soruşurdu. Yuxarıda yazdığım şikayətləri oxumadı görünür.
Razılaşdıq, Mətanət xanım əmin etdi ki, mən telefonu Nizamı metrostansiyasının yanındakı Link Service-ə telefonu təhvil verəcəm. Servis rəhbərliyinə belə məlumat verilcək ki, mənim narazılığım var və telefonun detallı yoxlanılacaq. Səhəri gün həmin servisə getdim. Qəbul edən operator dedi ki, bizə belə məlumat verilməyib. Yenə məlumat mərkəzinə zəng vurub, 7-8 nəfərlə danışıb, axırda yenə Mətanət xanım mənlə əlaqə saxladı. Deyirəm bəs operatorların xəbəri yoxdur axı mənim telefonum gələcək. Bəs siz mənim problemimə necə ciddi yanaşmısınız? Dedi ki, rəhbərlik bildirmişik. Okay. Razılaşdım. Dedim Sizlə əlaqə saxlamayacam ,təki telfonumu düzəldib, gətirin. Telefon gəldi. 25 apreldə telefonu təhvil aldıq.Bir şəkil çəkdim, video çəkəndə telefon yenə öz-özünə söndü və yandı. Yenə sayt və FB üzərindən yazdım. 26 apreldə Mətanət xanım əlaqə saxladı. Yenə danışdıq. Razılaşdıq ki, bu dəfə telefon daha detallı yoxlanılacaq.Deyildi ki, əgər bu dəfə də problem çıxsa mənim telefonumun bir başa dəyişdirilməsini rəhbərlik səviyyəsində baxılacaq. İndiki halda mənə QIZIL ZƏMANƏT olduğu üçün telefon geri qayatara bilərəm və başqa alacağım məhsula 30% endirim edəcəklər. Yeni bir belə telefona verdiyin pulun heç bir əhəmiyyəti yoxdur. Telefonu qaytarırsan və başqa telefon alırsan ona 30% endirim edirik.(Qızıl zəmanətin şəkilini əlavə etmişəm)
Telefon yenə servisdən götürəndə operator dedi ki, problem yoxdur:”Siz bizə sübut göstərin ki, telefon öz -özünə sönür”. Bunu mənə necə videoya çəkib, sübut kimi göstərim axı?! Gərək 24 saat əlim iki telefonla gəzim?! Birini işlədim o biri ilədə telefonu çəkim ki, nə vaxt söndüsə Kontankt Home-a sübut kimi göstərim?!  Bunu Mətanət xanıma da deyirəm o da qəbul edir ki, edə biləcək başqa bir üsul mümkun deyil. İkinci dəfə servisə gedəndə telefonun donub sosial şəbəkələri açmadığı barədə screenləri də göndərmişəm. Operator deyib ki, telefonda problem yoxdur. Olsa- olsa sosial şəbəkələrdə problem olar. Bu sosial şəbəkəni Azərbaycanda bir milyon adam islədir. Problem olmur. Bir dənə FB, instagram, “Youtube” mənim telefonumdan xarab olur ?!: İndi məsələ budur. Mən deyirəm problem var. Kontankt Home deyir yoxdur və mənə eyni ilə öz telefonumun yenisin verməkdən imtina edir.

Bunu bura bu qədər uzun yazıram ki,mən əlavə pul ödəyib qızıl zəmanətli telefon almışam. Amma nə telefonun bir faydasın görürəm, nə də qızıl zəmanətin. Mən alıb, əsəblərimi, vaxtımı və pulumu Kontakt Homa sərf edirəm, Siz etməyin.
Sizə məsləhətim nə ordan bir şeyin alın, nə almaq istəyirəm deyənə icazə verin.
Mən də bunu belə qoyan deyiləm.
Prinsipə düşmüşəm, işin sonuna kimi gedəcəm. Nə nəticə əldə edə bilməsəmdə hər yerdə onların mənə etdiklərini deyəcəm. Hər telefonumda problem olanda səhifələrini tag edib, paylaşım edəcəm. Başqa cür intiqam ala bilmirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Related Articles

+994 50 295 94 79
top