Dövlət universitetlərində ödənişli təhsil ləğv edilməlidir (EKSPERT)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qadir İbrahimliiqtisadçı-ekspert
Azərbaycanda ailələrin 85 faizinin övladlarının ödənişli təhsil almaq imkanları yoxdur 
Rəsmi statistikaya görə, ölkədə muzdlu işçilərin 15 faizinin gəliri orta aylıq əmək haqqından yüksək, 85 faizinin gəliri isə orta aylıq əmək haqqından azdır. Hazırda ölkə üzrə orta aylıq əmək haqqı 540 manatdır.
Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanın orta və ali ixtisas məktəblərində təhsil alan tələbələrin sayı 225 min nəfərdir. Onun da 70 faizi və yaxud 158 min nəfəri ödənişli təhsil alır. 
Rəsmi statistikanın bu 2 məlumatı sosial sistemin ədalətsizliyini bir daha ortaya qoyur.
Bu ədalətsizliyi yaşayış munimumu haqqında qanun tam təsdiqləyir. 2019-cu il ilə üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 191, uşaqlar üçün isə 160 manat həddində müəyyən edilib. Orta statistik ailənin götürək. Ər-arvad + 2 uşaq (ailədə yalnız 1 nəfər işləyirsə). Ailənin fiziki mövcudluğunu qorumaq üçün aylıq büdcəsi 702 manat olmalıdır (2 əmək qabiliyyətli insan olan ər-arvad üçün 382, 2 azyaşlı üçün 320 manat). Yəni orta aylıq əməkhaqqı alanlar belə fiziki mövcudluqlarını qorumaq üçün əlavə işlərə cəlb olunmalıdır. Hadı Rəcəblinin sözü olmasın, müəllim dərsdən sonra gedib divar hörməlidir.
Təbii ki, bu ailənin övladının ödənişli təhsil almaq imkanı sıfırdır. Və belə ailələrin sayı cəmi ailələrin 85 faizini təşkil edir. Bu halda tələbələrin 70 faizinin ödənişli təhsil alması avtomatik olaraq kasıb təbəqənin ali təhsildən kənarda qalması deməkdir. Hər il ödənişi ödəmək imkanı olmayan yüzlərlə tələbə qeydiyyatdan keçə bilmir və həyatda ilk böyük zədəsini alır. Bu zədə isə ömrü boyu onu təqib edir və yaxşı vətəndaşa çevrilə bilmir. Hətta buna görə intihar faktları da var.
Məsələnin sosial aspektini kənara qoyaq. Ali və orta ixtisas məktəblərinin 90 faizdən çoxu dövlət sektorunun payına düşür. Axı niyə dövlət sifarişləri ilə qəbul olunan tələbələrin xərclərini dövlət yox, valideyn qarşılamılıdır? Müqayisə üçün deyim ki, qonşu Türkiyənin dövlət universitetlərində Türkiyə vətəndaşları üçün təhsil pulsuzdur. Ödəniş yalnız əcnəbi tələbələrə şamil edilir. Onun da illik məbləği 1000 dollları aşmır. Azərbaycanın dövlət sektoruna daxil olan ali məktəblərdə Azərbaycan vətəndaşlarından 2000-6500 manat arası pul yığılır. Bu pulların da əksəriyyətini rektorlar “təmir” adıyla ciblərinə qoyur.
Hökumət dövlət universitetlərində ödənişli təhsili ləğv etmək barədə qərarlar qəbul etməlidir.

Related Articles

+994 50 295 94 79
top