2 binanın sakinləri etiraz etdi: “35 illik ağacları məhv edirlər” – FOTOLAR, VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mayın 4-də Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində iki binanın sakinləri etiraz ediblər.
BakuPost.az  Musavat.com-a istinadən xəbər verir ki, etirazlarının səbəbi isə yaşadıqları binanın arasında yerləşən sahənin başqa bir şəxs tərəfindən çəpərlənməsi olub.  Sakinlər hesab edirlər ki, bu ərazidə heç bir tikiliyə icazə verilə bilməz. Belə ki, əllərində olan sənədə əsasən 2017 ci ilin may ayında Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə, ərazidə şəxsi olaraq istifadə olunan bağların çəpərləri sökülmüş və ərazi ümumi olaraq bina sakinlərinin ixtiyarına verilib. 

Həmçinin, sakinlər ərazinin çəpərlənməmişdən əvvəlki foto və videolarını təqdim edərək bildiriblər ki, bu ərazi 35 ildi yaşıllıqla əhatə olnmuşdu. Çəpərlənmədən sonra isə 130 a yaxın ağacın bəziləri başqa ərazilərə köçürülüb, köçürülə bilməyənləri isə gecə vaxtı kökündən kəsiblər.
Özünü ərazinin sahibi olduğunu bildirən Temirov Rüstəm Həsrət Əli oğlu bütün sənədlərinin qaydasında olduğunu və sakinlərin etirazını əsassız sayıb. O, bildirib ki, sakinlər məndən bu əraziyə görə pul istədilər, vermədiyimi gördükdə isə bu addımı atdılar. Kəsilən ağaclara gəldikdə isə o, həmin ağacların kəsilməsindən xəbərsiz olduğunu bildirib.

Sonda etiraz edən sakinlər imza toplayaraq sənədləri aidiyyatı qurumlara göndəriblər, çəpərləri sökərək, əraziyə yenidən ağaclar əkiblər.

Bu gün də ərazidə gərginlik davam edir. Əraziyə yerli qurumun nümayəndələri və sahə mühəndisləri də baş çəkib. Onlar sakinlərlə görüşüb və bildiriblər ki, bu ərazidə heç bir tikili olmayacaq. Yerində isə park salınacağı açıqlanıb. 

ıb.  

Related Articles

+994 50 295 94 79
top