Baldan da xeyirli arı məhsulu var – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İnsan orqanizminə baldan daha xeyirli olan arı məhsulu var. Hələ ki, çox yayılmayan arının çiçək tozlarından yığdığı polen məhsulu baldan 5 dəfə baha satılır. Hazırki mövsümdə polenin yığılma vaxtıdır.

Xezerxeber.az-ın məlumatına görə, bal ən qiymətli, ən faydalı arı məhsulu kimi tanınır. Ancaq arının istehsal etdiyi polen, baldan daha faydalıdır.

Arı məhsulu olan polen baldan 12 dəfə üstündü və xeyirli tərəfləri çoxdur. Arıların çiçəklərdən toplayıb hazırladığı polen, ürək-qan damar, mədə-bağırsaq və digər xəstəliklərin dərmanı hesab edilir. Az-az arıçının topladığı çiçək tozu əsasən aprelin sonu, may ayının əvvələrində yeşiklərə bərkidilmiş xüsusi qablar vasitəsi ilə yığılır.

Dünya üzrə çiçək tozundan ən çox istifadə edən ölkələr siyahısına Türkiyə liderlik edir. Polenin ölkəmizdə tanınması və arıçılar tərəfindən toplanması isə son 3-5 ilə təsadüf edir. Bununla belə sözügedən məhsula Azərbaycanda maraq böyükdür və qiyməti baldan çox bahadır.

Related Articles

+994 50 295 94 79
top