Meydan TV-yə açılmış cinayət işindən YENİ XƏBƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bazar ertəsi dörd jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintag İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib.
“Bizi Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış qadağasının ləğv edildiyi barədə öz imzaladığı bildirişi təqdim edib”, deyə jurnalist Natiq Cavadlı bildirib.
Ondan başqa İzolda Ağayevaya, Səlimə Cəlilovaya və Rasim Qaraça da belə bildirişlər verilib.
Yaxın gələcəkdə nə vaxtsa “Meydan TV” üçün materiallar hazırlamış ən az 8 jurnalistin də ölkədən çıxış qadağasının ləğv ediləcəyi gözlənilir.
Xatırladaq ki, ölkədən çıxış qadağası Berlində yerləşən “Meydan TV” internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar tətbiq edilmişdi. (Turan)

Related Articles

+994 50 295 94 79
top