TORPAQLARIMIZIN İŞĞAL TARİXİ YANLIŞ GÖSTƏRİLDİ – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin milli qəhrəmanlarımızı tanıtmaq məqsədilə məktəblər üçün hazırladığı plakatda torpaqlarımızın işğal tarixi yanlış göstərilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb.

Plakatda Xocalı, Şuşa və Laçının işğal tarixi səhv qeyd edilib.

Belə ki, Xocalının işğal tarixi 02.10.1992, Şuşanın 26.02.1992, Laçının isə 08.05.1992 işğal edildiyi bildirilib.

Qeyd edək ki, Xocalı 26.02.1992, Şuşa 08.05.1992, Laçın isə 18.05.1992-ci ildə işğal edilib.

Related Articles

+994 50 295 94 79
top