Bir qrup Şabran sakinindən Prezidentə şok müraciət-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu yaxınlarda Şabranda baş verdiyi iddia olunan hadisə ölkə gündəmini zəbt etdi. Həmin xəbərlərdə hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edildiyi iddia olunurdu. Bu məlumat Yenilik.Az saytında da dərc olunduqdan sonra redaksiyamıza müraciət edən və həmin hadisəni törətməkdə şübhəli bilinənlərin valideynləri olan bir qrup Şabran sakini müraciət edərək onların da fikirlərinin işıqlandırılmasını xahiş etdilər. Biz də onları dinləmək üçün əməkdaşımızı Şabran rayonuna ezam etdik. Həmin sakinlərin video müraciətini olduğu kimi təqdim edirik və bu məsələ ilə bağlı başqa şəxslər də açıqlama vermək istəsələr işıqlandırmağa hazırıq.

Related Articles

+994 50 295 94 79
top