Deputatın işdən qovdurduğu popkorn satan gənc özünə yeni iş tapdı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan gənc İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib.
Bunu azvision.az -a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib. 
“O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib”. 
Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən uzaqlaşdırılması barədə məlumat paylaşmışdı.
Araşdırma zamanı məlum olub ki, həmin gənc Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır. 

Related Articles

+994 50 295 94 79
top