Oruclu halda öpüşmək olarmı? – İlahiyyatçı alimdən vacib AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ramazan ayı ərəfəsində orucu batil edən məqamlar barədə insanların ən çox maraqlandığı suallardan biri də öpüşlə bağlıdır. İstənilən bir şəxsi öpmək və ya öpüşmək orucu batil edirmi?
Türkiyəli ilahiyyatçı alim Nihat Hatipoğlu mövzu ilə bağlı suallara cavablandırıb.
Medicina.az professorun açıqlamasını təqdim edir:
-Hansı halda öpüşmək orucu pozur?
-Həyat yoldaşınızın yanağından öpmək, əzizləmək, qucaqlaşmaq  olar. Bunlar ən təbii hisslərdir. Heç bir problemi yoxdur. Hz.Peyğəmbərin də buna icazə verdiyini bilirik. Ən vacibi isə əndazəni aşmamaqdır.
Orucu nələr pozmur?
1- Oruclu olduğunu unudaraq yeyib, içmək2- Qeyri-ixtiyari mədədən ağıza su gəlməsi3-  Oksigen balonu ilə dərmansız süni hava almaq4-  Qusmaq 6-  Göz linzası və göz dərmanı istifadə etmək8- Yuxudayəkən qeyri-ixtiyari boşalma 10- Diş oyuğuna dərman qoymaq 11- Ətir sitifadə etmək, iyləmək12- Morfisiz, iynəsiz diş çəkdirmək13- Udmadan yeməyin dadına baxmaq14- Diş arasında qalan kiçik yemək qırıntıları udmaq.
15-Qan vermək16-Qulağa su getməsi17- Çimmək, yəni qüsl almaq.18- Çatlaq dodağa və yaxud ələ krem çəkmək19- Qaş aldırmaq, bığ kəsdmək, təraş olmaq, epilyasiya olunmaq orucu pozmaz.20- Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur. Bədəni qüvvətləndirən iynə və sistem orucu pozur.
Orucu batil edən əməllər
1- Cinsi əlaqə. Bu orucu pozan ən böyük günahdır. Kəffarəsi — ardıcıl 60 gün oruc tutmalıdır, əgər bunu da bacarmasa altmış kasıbı yedirtməlidir. 
2- Masturbasiya (istimna).
3 -Heyz. Günün istənilən vaxtında heyz başlayarsa, qadının orucu pozular.
4- Qusmaq. Lakin qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.
5- İmalə (klizma)

Related Articles

+994 50 295 94 79
top