İcra Hakimiyyəti “Nissan” avtomobilləri ALIR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ağdam Rayon İcra Hakimiyyəti xidməti minik avtomobilləri alır.

Rəsmi məlumata əsasən, büdcə təşkilatı iki ədəd “Nissan Sunny” markalı avtomobilin satın alınmasına dair açıq tender elan edir.

Qeyd edilir ki, iştirakçılar tender təkliflərini 28 iyun 2019-cu il saat 18:00-a qədər Ağdam Rayon Quzanlı qəsəbəsi ünvanına təqdim etməlidirlər. Zərflər 1 iyul 2019-cu il tarixdə saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Tenderdə iştirak haqqı 50 manat təşkil edir. /“finans.az”

Related Articles

+994 50 295 94 79
top