“Azərişıq” xəbərdarlıq etmədən işığı kəsdi – Bakı və Abşeronun bir hissəsini internetsiz qalıb

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərişıq” ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

Məsələ ilə bağlı “Report”a açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.

“Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb”, – o deyib.

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. “Report”un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.

Related Articles

+994 50 295 94 79
top