BAKIDA 8-Cİ SİNİF ŞAGİRDİ – ÖZÜNÜ İKİNCİ MƏRTƏBƏDƏN ATIB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mayın 13-də tənəffüs zamanı, saat təxminən 11:20 radələrində Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb.

Bu barədə məktəbin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

“Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”. 

Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür. (Azvision)

Related Articles

+994 50 295 94 79
top