Deputatın oğlu Türkiyədə qəzaya düşdü

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.
Yenilik.az ONA-ya istinadən xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən “lyuk”a düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 
Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.
Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

Related Articles

+994 50 295 94 79
top