Xanım jurnalist Mehriban Əliyevaya müraciət etdi: Müəllimlər tərəfindən təhqir olunuram

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı, peşəkar jurnalist Həbibə Abdulla Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, təhsil naziri Ceyhun Bayramova, baş prokuror Zakir Qaralova və Mətbuat Şurasının sədri Əfalatun Amaşova açıq məktubla müraciət edib.
Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev tərəfindən təhqir edilib: “Ötən ilin fevral ayında GDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşları adından AFN-ə ünvanlanan şikayət məktubunu ictimailəşdirmişik. Məktub əsasında yazı hazırlayarkən Əliqulu Quliyevin də mövqeyini almışam, nə deyib onu da yazmışam. Mən ona müraciət edərkən çox normal qaydada sualımı dinləyib və şikayət məktubunun kimlər tərəfindən göndərildiyini bildiyini deyib. Yazı dərc edildikdən 1 il 2 ay sonra 13 may 2019-cu il tarixində özünü “Azərbaycan gəncliyi” qəzetinin nümayəndəsi kimi təqdim edən #Azər Məmmədov adlı şəxs mənə zəng edərək Ə.Quliyev haqda olan yazını saytdan çıxarmağımı məsləhət gördüyünü dedi. Bildirdi ki, o da həmin yazını ictimailəşdirib və qarşı tərəf məhkəməyə müraciət etdiyi üçün yazını yığışdırıb. Məni də məhkəməyə veriləcəyim, prokurorluğa aparılacağımla hədələyən “həmkarım”a rədd cavabı verdim və bildirdim ki, biz işimizə peşəkar yanaşdığımız üçün arxayınıq, qarşı tərəf öz hüququndan istifadə edərək hansı instansiyaya istəsə müraciət edə bilər. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra Ə.Quliyev özü telefon nömrəmə zəng edərək məni ağır sözlərlə təhqir etdi. Ona müəllim adı daşıdığını bildirib, bu cür ifadələrin yaraşmadığını dedim və dinləməkdən imtina etdim.

#Xanım jurnalist Mehriban Əliyevaya müraciət etdi: Müəllimlər tərəfindən təhqir olunuram #Həbibə Abdulla #Əliqulu Quliyev

Related Articles

+994 50 295 94 79
top