Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azercell-dən zəng vurmuşdular. Bir neçə gün əvvəlki narazılığımı araşdırdıqlarını, balansdan çıxılan pulları geri qaytardıqlarını dedilər. Təşəkkür-zad etmirəm”. 

Bu sözləri yazıçı Elnur Astanbəyli deyib.
O bildirib ki, təşəkkür əvəzinə, əksinə, tələb edir ki, balansından niyə oğurluq edilməsinin səbəbini açıqlasınlar: “Açıqlasınlar ki, insanları özlərindən xəlvəti hansısa xidmətlərə niyə, hansı haqla qoşurlar? Mənim şəxsi mobil nömrəm hansısa konten provayderə hansı qanunla ötürülür? 
Üstəlik, bu ölkədə on minlərcə abonent müəyyən yaşın üzərindədirlər, telefonun sadəcə “yes”-“no” düyməsindən istifadəni bacarırlar, geydirmə xidmətlərə qoşulduqlarından, beləcə, ciblərinə girildiyindən uzun müddət xəbərsiz qalırlar. Həmin onminlərin hüququ necə olacaq? Onlardan çırpışdırılanlar necə qaytarılacaq?”.

Yazar bildirib ki, məsələ kökündən həll edilməlidir: “Azercell başda olmaqla, bütün mobil operatorlar vətəndaşın cibindən çırpışdırmaq vasitəsinə çevrilmiş arzuedilməz SMS-ləri yığışdırmalıdırlar. Hansısa gicdırnaq xidmətə abonentin xəbəri və icazəsi olmadan, özbaşına, hiylə işlədərək qoşulmalara son qoyulmalıdır

#Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

#Azercell #Azercell-dən yenilik #Azercell tarifləri

Related Articles

+994 50 295 94 79
top