“ATABANK” RƏHBƏRLİYİ VƏTƏNDAŞI ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYUB (ŞİKAYƏT)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı sakini Nuriyev Xəyyam Vilayət oğlu Qaynarinfo.az saytına “ATABank”-ın əməllərindən şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda səslənən faktların ciddiliyini nəzərə alaraq, olduğu kimi dərc edirik. Ümid edirik ki, “ATABank” rəhbərliyinin məsələyə ağlabatan izahı olacaq.

“Mən Nuriyev Xəyyam Vilayət oğlu məlumat üçün bildirmək istəyirəm ki, 16.04.2013-cü il tarixdə “ATABank” ASC –dan 48 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit götürmüşəm.

Kredit götürməkdə məqsədim kiçik bizneslə məşğul olmaq olub.

Bankdan kredit götürəndən təxminən 40÷45 gün sonra böyrəklərimdə ciddi problemlər yarandı, təcili böyrək köçürmək əməliyyatına məruz qaldım.

3 il müddətində günlərim xəstəxanalarda kecdi, bu müddətdə 2 dəfə (İran və Türkiyədə) üzərimdə böyrək köçürmə əməliyyat aparıldı.

Bu səbəbdən “ATABank”-a kredit borcumu vaxtında qaytara bilmədim. “ATABank” ASC rəhbərliyi borcumu vaxtında qaytarmadığım üçün məhkəməyə müraciət etdi. Bütün məhkəmə qətnamələrinə uyğun olaraq mənə məxsus ikimərtəbəli 252,9 m² qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq satıldı.

Mənim “ATABank”-a 200.000 (iki yüz min) manat əsas 56.700 (əlli altı min yeddi yüz) manat faiz borcum əmələ gəlmişdir.

Mənim əmlakımın dəyəri real bazar qiymətinə görə təxminən 700.000-800.000 manat çivarında idi.

“ATABank” ASC rəhbərliyi hərracdan əvvəl mənə yazılı müraciət edərək bildirmişdir ki, əmlakıma 650.000 (altı yüz əlli min) manata alıcı tapıblar (məktub əlavə olunur), mən isə həmin qiymətdən imtına etmişdim.

Ancaq “ATABank” ASC rəhbərliyi mənə məxsus qeyri-yaşayış sahəsini hərracdan real dəyərindən üç dəfə aşağı qiymətə 264.000 (iki yüz altmış dörd min) manata özünüküləşdirmişdir.

“ATABank” ASC borclu olduğum 200.000 əsas + 56.700 faiz = 256.700 manat borcuma görə hərracdan 264.000 manata aldığı əmlakımı 3-cü şəxsə rəsmi olaraq 373.000 manata, faktiki 450.000 manata satmışdır.

Hətta bu rəsmi satışdan mənə çatası olan 109.000 (yüz doqquz min) manatı da mənə verməmişdir və vermək istəmir.

Əlavə onu da bildirmək istəyirəm ki, mənə məxsus ikimərtəbəli qeyri-yaşayış sahəsinin altıındakı 165,3 m² torpaq sahəsinin başqa şəxsə məxsus olmasına baxmayaraq “ATABank” ASC ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin əməkdaşları ilə əlbir olaraq həmin torpaq sahəsini də qanunsuz olaraq satmışdır.

Mən 2018-ci ildə yenidən 3-cü dəfə böyrək köçürmə əməliyyatına məruz qalmışam, Azərbaycanda məndən başqa 3 dəfə böyrək köçürmə əməliyyatı keçirən olmayıb.

Bildiyimizə və eşitdiklərimizə görə ölkəmizdə elə Bank tapıla bilməz ki, I-ci qrup əlinin (əlillik vəsiqəsi əlavə olunur) 3 dəfə böyrəyi dəyişilən cavan bir insanın əmlakını əlindən alıb satasan, həmin satışdan pul qazanasan, başqasına məxsus torpaq sahəsini sahibinin xəbəri olmadan başqasına satıb pul qazanasan, xəstənin pulunu mənimsəyəsən – bu özbaşınalığı, Allahsızlığı heç bir kəs etməz.

Mən hər gün bir ovuc dərman qəbul edirəm, artıq dərman almağa imkanım da qalmayıb.

“ATABank” ASC İdarə Heyətinin sədri Dəyanət Quliyev özbaşınalıq, qanunsuzluq, Allahsızlıq edərək mənim halal pulumu vermir o bütün insanı normaları və hüquq normalarını tapdalayır.

Artıq mən nə etməli olduğumu bilmirəm, mənim təcili olaraq halal pulum verilməlidir, əks təqdirdə ölməliyəm.

Bu qəddarlığı, pula hərisliyi Dəyanət Quliyev edə bilərdi və etdi, başqa heç kim belə edə bilməzdi.

Onu da bildirmək istəyirəm ki, bu haqsızlığa son qoymaq üçün məhkəmələrə müraciət etmişəm, Dəyanət Quliyevin gücü, müdaxiləsi nəticəsində yenə haqsızlığa məruz qalmışam.

Bunlar mənim üçün faciədir.

Faciə – adalətsiz insanların özbaşınalığı deyil, yaxşı insanların səssizliyidir.

Sizlərdən xahiş edirəm “ATABank” ASC İdarə Heyətinin sədri Dəyanət Quliyev tərəfindən mənə qarşı olan bu amansız zülmə öz insani köməkliyinizi göstərəsiniz, bəlkə sonra bəzi aidiyyatı dövlət qurumları bu zülmü eşidərək öz münasibətlərini bildirələr.

Əvvəlcədən Sizlərə minnətdarlığımı bildirirəm.

Hörmətlə, 
I-ci qrup əlil Nuriyev Xəyyam Vilayət oğlu”

#”ATABANK” RƏHBƏRLİYİ VƏTƏNDAŞI ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYUB (ŞİKAYƏT)

# Dəyanət Quliyev

Related Articles

+994 50 295 94 79
top