“Deputat olmaq istəyirəm, islahatlar aparacam” – “Elit star” Cəmilə

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Şou-biznesdə “Elit star” ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova deputat olmaq istəyir. 


Müğənni deputatlıq üçün tam hazır olduğunu dilə gətirib.


“Əslində, deputat olmağa çoxdan qərar vermişəm. Sadəcə, bəlli bir yaşa çatmağı gözləyirdim. 30, 40, 50 yaşda insan mükəmməl olmur. Düşünürəm ki, 60 yaş deputat olmağa uyğundur”.


Cəmilə deputat olduqdan sonra islahatlar aparmaq istədiyini, bunun hansı sahəni əhatə edəcəyini də açıqlayıb:


“İslahatlar sırf şou-bizneslə bağlıdır. İnsanların maddi rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması kimi məsələlər Prezidentin səlahiyyətləri çərçivəsindədir.


Bizim çox gözəl və istedadlı gənclərimiz var. Onlar üçün məktəblər açılmalıdır. Onlara dəstək olmaq lazımdır. Təəssüf ki, istedadlı gənclərə dəstək mərkəzləri yoxdur. Azərbaycanda gənc və istedadlı insanların sayı-hesabı yoxdur. Onları Biləcəridən çıxadıb, xaricə göndərmək lazımdır.


Bunları həyata keçirmək çox çətin məsələdir. Sizə asan gəlməsin. Əgər deyirəmsə, deməli, bu işin öhdəsindən gələcəyəm. İş potensialım var. Dünyanı gəzib-dolaşan sənətçiyəm. Mən bu işə diasporları da cəlb edəcəyəm ki, onların köməyi, yardımı olsun. Elə-belə Milli Məclisdə oturmaq istəmirəm”.


Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin payızında Milli Məclisə seçkilər keçiriləcək. Parlament seçkilərində özünü sınamaq istəyənlər arasında şou-biznes nümayəndələri də var.

Posted in Uncategorized

Related Articles

+994 50 295 94 79
top