Fatmayi qəsəbəsində ər hamilə xanımını bıçaqlayıb – Uşaq tələf olub

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

ONA-nın xəbərinə görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki uşaq tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.

Related Articles

+994 50 295 94 79
top