“GRAND MOTORS” MMC VƏ “AZFERT” MMC GÜRCÜSTAN ŞİRKƏTİNƏ 140,044 ABŞ DOLLARI OLAN BORCUNU NİYƏ ÖDƏMİR? – QALMAQAL

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Gürcüstan Respublikası, 24/14 D, Agmashenebeli küç, 4400, Poti ünvanında yerləşən “Marine Shiping Forwarding LTD” MMC şirkətinin nümayəndəsi, Bakı şəhəri, Şərifzadə küçəsi, ev-102 mənzil-37 ünvanında qeydiyyatda olan, həmçinin vəkillik fəaliyyəti ilə məşğul olan Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən GundemXeber.Az saytının redaksiyasına “Grand Motors” MMC-nin yaratdığı problemlərlə bağlı müraciəti daxil olub.
Zaur Niftəliyev bildirir ki, “Grand Motors” MMC və “Azfert” MMC-dən “Marine Shiping Forwarding LTD” MMC şirkətinə verilmiş sifarişlər əsasında, bu şirkət 46 konteyner malları Gürcüstan Respublikasının Poti şəhərindən Azərbaycan Respublikasının müxtəlif bölgələrinə çatdırmışdır. Adı çəkilən şəxs onu da qeyd edir ki, həmin tarixdən etibarən tərəflərdən göstərdiyimiz xidmətlərin dəyərini “Grand Motors” MMC və “Azfert” MMC-dən tələb etsək də, bu günədək şirkətimizə olan 140,044 ABŞ dolları məbləğində borc ödənilməmiş olaraq qalır. Ödənişlərin edilməməsini nəzərə alaraq, Azərbaycan Respublikasına çatdırılan son 19 konteyner hələ də boşaldılmamış qalır. Belə bir problemlərin varlığını nəzərə alaraq, konteynerləri gətirmiş yük avtomobilləri sürücülərinin xoşagəlməz vəziyyətləri ilə bağlı video görüntüləri və Zaur Niftəliyevin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətini çoxsaylı oxucularımıza təqdim edirik:

Related Articles

+994 50 295 94 79
top