Könülün ən bərbad şəkli – “Qəsdən yayırlar”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Əməkdar artist Könül Kərimova mediada yayılan keçmiş şəkillərindən danışıb.

Müğənni “Şou news”a açıqlamasında bildirib ki, həmin fotoları onu sevməyən sənət dostları qəsdən yayıb:

“İnstaqramda çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42-yə heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi.

O vaxt hər şeyi çox içimə salırdım… Günlərlə-həftələrlə çörək yemirdim. Eləcə arıqlamışdım. Bir müddət oldu və keçdi. Heç özümdə o fotolar yoxdur. Daha sonra video şəklində həmin görüntümü yaydılar.

Qəsdən videodan bərbad vəziyyətdə olan hissəni çıxarırlar. Gözəllikdə çirkinlik axtarırlar. Bundan nə qədər zövq alırlar”.

Related Articles

+994 50 295 94 79
top