Hacı İbrahimlə Nazirlər Kabineti arasında bina QALMAQALI – SAKİNLƏR ƏLACSIZ QALIB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda Nazirlər Kabinetinin sifarişi ilə tikilən bina illərdir təhvil verilmir. 
Bu barədə Bakupost.az-a Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 74 ünvanında  yerləşən binanın sakini Mürşüd Rəşidov məlumat verib. 
O bildirib ki, Nazirlər Kabinetinin sifarişi ilə  “Tərəqqi” MTK və Avesta MTK-a 2011-2017-ci illərdə adıçəkilən ünvanda 3 ədəd, 22 mərtəbəli yaşayış binası inşa etdirib. 2017-ci ildə yaşayış kompleksi müqaviləyə əsasən təhvil verilməli imiş, lakin hələ də bina zəruri olan heç bir şəraitlə təmin olunmayıb. Şikayətçi bildirir ki, bunada su  xətti nazik borularla verildiyi üçün yuxarı mərtəbələrin su təminatı ödənilmir,  işıq binanın tikintisi üçün ayrılmış müvəqqəti olan xəttlərdən verildiyi üçün gərginlik 160 kv-dan yuxarı qalxmır və elektrik avadanlıqların istifadəsi ilə çətinliklər yaşanır.
Bina qazla da təmin edilməyib və mərkəzləşdirilmiş isitmə sistemi də istifadəyə verilməyib.  M.Rəşidovun sözlərinə görə, son illər binada daxili təmir işləri həddən artıq qec aparılır, girişlərin, yanğın təhlükəsizliyi üçün ayrılmış pilləkənlərin, mərtəbələrin, həyətyanı sahələrin heç bir işıqlandırılması və abadlıq işləri aparılmayıb, sanitar giqiyenik normalara riayət edilmir. 

Bina sakini deyir ki, məsələ ilə bağlı həm “Tərəqqi” MTK-ya, həm də Avesta MTK-a dəfələrlə müraciətlər etsələr də, maliyyə problemləri olduğu bildirilir və işlər yekunlaşdırılmır: Bir neçə il əvvəl Hacı Nehrəm İbrahimlinin Beynəlxalq Bankla yaranan borc qalmaqalından sonra binada demək olar ki, işlər dayandırıldı. Əgər həmin vaxtlar binada 100 nəfər işləyirdisə, Hacı İbrahim Nehrəminin həbs xəbərlərindən sonra qəfildən işçilərin sayı 10-a endi və tikinti az qala yarımçıq saxlanıldı. Biz məsələ ilə bağlı Nazirlər Kabinetinə də dəfələrlə müraciət etmişik. Lakin ordan da eyni cavab alırıq. Maliyyə problemləri var deyə işi yekunlaşdırmırlar. Ancaq bildiriblər ki, guya bu ilin sonuna qədər binanın təhvil-təslim işlərini yekunlaşdıracaqlar”.
M.Rəşidov onu da deyir ki, qeyd olunan binalarda Nazirlər Kabinetinin işçiləri ilə yanaşı, dövlət məmuru olmayan sakinlər də yaşayır. 
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev Bakupost.az-a bildirib ki, sözügedən bina ilə bağlı işlər bu ilin sonuna qədər yekunlaşdırılıb, sakinlərə təhvil veriləcək. 

#Hacı İbrahimlə Nazirlər Kabineti arasında bina QALMAQALI – SAKİNLƏR ƏLACSIZ QALIB

#Hacı İbrahim

Related Articles

+994 50 295 94 79
top