Bakıda avtomobil piyadanı vurub qaçdı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının Nəsimi rayonunda avtomobilin piyadanı vurub qaçması kameraya düşüb. 

Görüntülər sosial şəbəkədə paylaşılıb. 

Hadisə Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib. 

Sola dönmə edən 90-OZ-401 markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçən qadını vurub və hadisə yerindən qaçıb. 

Videodan göründüyü kimi, qadın qolundan yüngül xəsarət alıb. 

Qeyd edək ki, sürücünü bu qayda pozuntusu səbəbindən Yol hərəkəti haqqında qanuna görə 3 bal, 60 manat cərimə cəzası gözləyir. 

Related Articles

+994 50 295 94 79
top