Bakıda kuryoz olay: məşhur parkda restoran tikib əhalini buraxmırlar – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının Biləcəri qəsəbəsində kuryoz hadisə, daha doğrusu biabırçılıq yaşanır. Bakupost.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri yazır ki, Biləcəridə yerləşən mədəniyyət parkında restoran tikən sahibkarlar parkın ərazisinin bir hissəsinə əhalini buraxmır. Şahidlər yazır ki, parkın içində restoran tikən şəxslər müəyyən bir əraziyə dəmir lövhə qoyublar və restoran ərazisində gəzməyin qadağan olduğunu bildiriblər.  Aiddiyəti dövlət qurumları isə məsələ ilə bağlı susqunluq göstərir. 

Related Articles

+994 50 295 94 79
top