“Həyat yoldaşım icazə vermədiyinə görə kişi məclislərinə getmirəm” – Şəbnəm Tovuzlu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Həyat yoldaşım icazə vermədiyinə görə kişi məclislərində iştirak etmirəm”.

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. Xanım ifaçı bildirib ki, xanım həmkarlarının fikrinə hörmətlə yanaşır, amma həyat yoldaşı rəva bilmədiyinə görə kişilərin olduğu məclislərə getmir:

“Xanım həmkarlarıma normal baxıram. Əziyyət çəkib pul qazanırlar. Mən də zamanında getmişəm. Oturuşumu, duruşumu bilən xanımam. Səhv hərəkət etməmişəm. Ehtiyacım olduğu zamanlar maddi çətinliyə görə elə məclislərdə iştirak etmişəm, amma bu gün məni çətinliyə düşməyə qoymayan ailəm, həyat yoldaşım var. Bu gün kişi məclisinə getmək mənə yaraşmaz. Buna ehtiyacım da yoxdur. Bilirik ki, orda oturanlar içkili olur, niyə 100-200 bəy oturub bir xanıma qulaq assın? Ailəli xanımam, bu cür ortamda oxumaq istəmərəm. 10 min də versələr kişi məclisinə getmərəm. Bu yaxınlarda Moskvada sünnət toyuna dəvət olunmuşdum. Mənimlə bərabər xanım ifaçılar da həmin toyda iştirak edirdi. Yuxarı zalda xanımlar, aşağıda isə bəylər oturmuşdu. Həmin xanım ifaçılar aşağıda oxudular, mən isə yalnız yuxarıda xanımlar üçün oxudum. Nə qədər xahiş etsələr, əlavə qonorar təklif etsələr də, aşağı düşmədim. Bildirdim ki, ay qardaş, mən sənin anan, bacın üçün bu məclisə gəlmişəm”.

Şəbnəm Tovuzlunun sənət yoldaşı Manaf Ağayev də ona dəstək olaraq xanımlara kişi məclislərində oxumağı rəva bilmədiyini söyləyib.

Related Articles

+994 50 295 94 79
top