İşdən çıxarılan rüşvətxor məmur nazirin qohumudur? – YENİLƏNİB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Gömrük Komitəsi  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu Rəşad Babayevin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Buta.media-ya komitədən daxil olan məlumatda qeyd edilir ki, Rəşad Babayev, ümumiyyətlə “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir.

Qeyd edək ki, unikal.org saytı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə işdən çıxarılan  “Qırmızı Körpü” gömrük postunun rəisinin nazir Sahil Babayevin əmisi oğlu Rəşad Babayevin olduğunu qeyd etmişdi.

20.05.2019 21:33

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.

Buta.media xəbər verir ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. 

Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. 

Bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub.

Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə  edib.  Belə ki,  “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur.

Related Articles

+994 50 295 94 79
top