Məni İranla savaşa onlar məcbur edir – Trampdan şok

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ Prezdienti Donald Trampın “Foks Nyus” telekanalına açıqlaması şok effekti yaradıb.

Telekanalın İranla müharibənin olub-olmayacağı sualına cavabda Donald Tramp belə savaşa girmək istəmədiyini, ancaq onu məcbur elədiklərini deyib:

“Bu ölkədə hərbi-sənaye kompleksi var, onlar daim müharibə istəyirlər”.

ABŞ prezidenti sözünə Suriyanı misal gətirib:

“Hərbçilərimizi Suriyadan çıxarmaq istəyirəm, bəziləri çılğına dönür. Bu Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. Yaxşı, Suriyada bir neçə yüz əsgər saxlayarıq dedim… Amma onlara qalsa, əlavə əsgər göndərərdik”.

Related Articles

+994 50 295 94 79
top