Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni  faktlar aşkarlayıblar. 

Oxu.Az xəbər verir ki, alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

500 min insan  üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub.Tədqiqatlarda iştirak etmiş 501730  nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu  araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

Related Articles

+994 50 295 94 79
top