Bu yağın balı çıxdı: 40% bahalaşdı – Səbəb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan istehlakçıları qida məhsulları da daxil olmaqla, Belarus mallarını daha keyfiyyətli sayır. Hazırda yerli bazarda Belarus yağlarına da tələbat çox olduğu üçün qiymət artımı müşahidə edilir.

Bu sözləri axar.az-a Belarus yağlarının bahalaşmasına münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, yerli mallar Belarus mallarıyla müqayisədə daha keyfiyyətlidir:

“Sanki ölkədə Belarus malları haqqında mif yaradılıb. Bəzilərində belə bir fikir formalaşıb ki, Belarus yağı çox keyfiyyətlidir. Əslində isə yerli mallar Belarus mallarından daha üstün və keyfiyyətlidir. Yağ sektoruna gəldikdə isə Belarus yağlarından daha təmiz, daha keyfiyyətli olan Zelandiya yağı 17 manat civarındadır. Yağlılığı aşağı olan Belarus yağının 2-3 ay öncə kiloqramı 10 manata satılması bəlkə də normal idi. Ancaq hazırda Belarus yağının qiymətdə sıçrayış edərək, Zelandiya yağının qiymətinə yaxınlaşmasının heç bir iqtisadi əsası yoxdur. Təəssüflər olsun ki, bu sahədə mükəmməl ekspertiza getmir. Qiymətlər isə məhsulun dəyərindən daha çox, tələblə müəyyənləşir. Əgər Belarus yağına tələb azalarsa, qiymətlərdə aşağı düşmə müşahidə oluna bilər”.

Qeyd edək ki, bir neçə ay öncə yerli bazara Belarus yağı 10 manata daxil olmuşdu. Hazırda isə bu yağın qiyməti 40 faizə yaxın bahalaşaraq, 13,79 manata satılır.

Related Articles

+994 50 295 94 79
top