Bakıda tıxacda qalan taksi sürücüsündən İNANILMAZ HƏRƏKƏT – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.

Publika.az xəbər verir ki, yolun şəhərin mərkəzinə doğru olan hissəsində tez-tez uzunmüddət davam edən tıxaclar bəzən sürücülərin səbir kasasının dolmasına səbəb olub. Belə hallardan biri mayın 24-də yaşanıb. Belə ki, “Azneft” meydanına doğru yolun hərəkət zolağında xeyli tıxacda gözləyən taksi sürücüsü qaydaları pozaraq avtomobilini yolun ortasındakı ayırıcı zolağın üstünə çıxarıb. O, idarə etdiyi “Mercedes” markalı avtomobili hündürlüyü 20-25 sentimetr olan zolağın üzərinə çıxardıqdan sonra sürətlə hərəkət edərək ərazidən uzaqlaşıb.

Hadisəni əks etdirən videonu təqdim edirik:


Related Articles

+994 50 295 94 79
top