Ərdoğan iftara gələn müğənnini qapıdan qaytardı – Səbəb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi iftar yeməyinə dəvət edilməyən müğənni Mustafa Cecelinin məclisə qatılmaq istədiyi, amma qapıdan geri qaytarıldığı iddia edilib.

BUTA.WS  xəbər verir ki, Ərdoğanın Dolmabağça sarayında verdiyi iftara ölkənin bir çox məşhur siması qatılıb.

Mustafa Ceceli isə iftara dəvət edilməyənlər arasında olub. Məlumata görə, o, iftara qatılmaq istəsə də, adının siyahıda olmadığı bildirilərək qapıdan geri qaytarılıb.

Qeyd edilib ki, sənətçi həyat yoldaşından boşandıqdan sonra baş verənlərə görə iftara dəvət edilməyib.

Əlavə edək ki, Mustafa Ceceli boşandığı həyat yoldaşının intim fotolarını yayımlamaqla gündəmə gəlmişdi

Related Articles

+994 50 295 94 79
top