“Turan” Klinikasında pulsuz sünnət edən həkim işdən çıxarıldı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Turan” Klinikasında cərrah işləyən həkim Azər Həsənov Ramazan münasibətilə pulsuz sünnət aksiyası keçirdiyi üçün işdən çıxarılıb.

AFN-ə daxil olan məlumata görə, həkimin işdən çıxarılmasına səbəb keçirilən aksiya haqda məlumatın çox yayılması və nəticədə klinikaya axın olmasıdır. Belə ki, votsappda yayılan səs yazısında özünü həkim A.Həsənovun xalası kimi təqdim edən xanım həkimin klinikada pulsuz aksiya keçirdiyini və imkansız ailələrin uşaqlarını sünnət etdiyini deyib: “Səs yazısı geniş yayılıb və klinikaya müraciət edənlərin sayı çox olub. Ona görə də həkim işdən çıxarılıb”.
Klinikadan məlumatı təsdiqlədilər və bildirdilər ki, A.Həsənov artıq bu gündən orada işləmir. A.Həsənovun özü isə AFN-ə açıqlamasında bildirdi ki, pulsuz sünnət aksiya yox, birgünlük kampaniya olub: “Şənbə günü oldu bitdi, xeyli sayda vətəndaş da bundan yararlandı”. İşdən çıxarılmasının səbəbləri haqda geniş məlumat vermək istəmədiyini deyən həkim qeyd etdi ki, o, həm Azərbaycanda, həm də Rusiyada çalışır: “Burda işlərimi dayandırdım, Moskvaya gedirəm, bir müddət orada çalışacam”. 

Related Articles

+994 50 295 94 79
top