“ParaBokt” borcunu ödəyən vətəndaşın qızıllarını qaytarmır – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“ParaBokt” borcunu ödəyən vətəndaşın qızıllarını qaytarmır.

Bu barədə Unikal.org-a müraciət edən Məmmədova Yaqut Əlyusub qızı məlumat verib.

O, bildirib ki, bank olmayan kredit təşkilatı onun şikayətini araşdırmır:

“Mən, 28 noyabr 2017-ci il tarixdə Sumqayıt şəhərində “Parabokt”dan qızıllarımın girov qoyulması müqabilində kredit götürmüşəm. 23 may 2019-cu il tarixində kredit borcumu vaxtından əvvəl bağlamışam. Buna baxmayaraq qızıllarımı hələ də geri ala bilmirəm. Səbəbini soruşanda konkret məlumat verilmir. Gah deyilir inkassator səhvən aparıb Tovuz filialına, gah da deyilir ki, sizin qızıllar baş ofisdədi. Deyirəm gedim özüm götürüm baş ofisinizdən qızılımı deyirlər olmaz, sizə verilməyəcək. Nə özləri gətirir, nə də ki imkan vermirlər özüm götürüm baş ofislərindən. Bununla bağlı dəfələrlə “ParaBokt”un qaynar xəttinə zəng vursamda heç bir məlumat verilmədi.
Əminəm ki, mənim kimi digər vətəndaşların da başına belə oyunlar çox açılıb. Əgər belə halların qarşısı müvafiq orqanlar tərəfindən vaxtında alınmasa nəticələri çox ağır olacaq.”

#“ParaBokt” borcunu ödəyən vətəndaşın qızıllarını qaytarmır – GİLEY

Related Articles

+994 50 295 94 79
top