AZƏRBAYCANDA QADIN HAMAMDA DOĞUŞ KEÇİRDİ – KÖRPƏ METLAXIN ÜSTÜNƏ DÜŞDÜ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda qəfil doğuş nəticəsində doğulan körpə kəllə travması alaraq xəstəxanaya yerləşdirilib.

“e-tibb.az”a istinadən xəbər veririk ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumata görə, ikinci hamiləliyi olan gənc qadın hamamda olarkən qəflətən sancısı başlayıb və sürətli doğuş nəticəsində dünyaya gələn körpə metlax döşəməyə düşərək kəllə travması alıb. Körpədə sağ təpə-gicgah sümüklərinin xətti sınığı nəticəsində böyük ölçülü epidural və subqaleal hematomalar inkişaf edib.

Körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gətirilib: “Körpənin çəkisi 2,3 kiloqram, başı ovucdan kiçik idi. Belə kiçik körpələr qan itkisinə və cərrahi müdaxiləyə olduqca həssas olur, əməliyyat zamanı qan itkisinə çox diqqət etmək vacibdir”.

RMDM-in neyrocərrahı, uzman həkim Azər Əkbərov tərəfindən hematomalar xaric edilib və əməliyyatdan 3 gün sonra körpə stabil vəziyyətdə və nevroloji qüsur olmadan evinə yazılıb.

Related Articles

+994 50 295 94 79
top