“Bəzi qadınlar elə əxlaqdanuzaq davranış sərgiləyirlər ki…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Dünən bir hadisəni nəql etdilər, cəmiyyətimizin mədəni səviyyəsindəki utanılacaq bir durumla bağlı çox üzüldüm”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb, O, bildirib ki, bir gənc avtomobillə avtobusdan düşərək qəfildən yolu keçmək istəyən uşağı vurub. Avtomobil sürətlə idarə olunmadığına görə qəza yüngül xəsarətlə tamamlanıb və uşağın həyatı üçün təhlükəli durum olmayıb. 

İnsanlar avtobusdan düşərək qorxmuş uşağa yardım etməyə çalışıblar. Eyni zamanda qəzanı törədən sürücü uşağı xəstəxanaya götürmək üçün dərhal yaxınlaşıb, uşağa köməklik göstərmək niyyətini ortaya qoyub. 

Bu zaman çevrədən birisi əslində yol hərəkəti qaydaları baxımından günahsız olan bu gənc sürücünü linç etməyə başlayıb, üst-başını tartaxlayıb, açıq-aşkar tərbiyəsizlik edib və bu duruma adamlar tamaşaçı statusunda olduqları halda aktiv müdaxilə etməyiblər. Sonra həmin gənc sürücü döyülmüş vəziyyətdə də olsa uşağı maşına oturdub hər ehtimala qarşı yoxlamadan keçirmək üçün xəstəxanaya aparıb. 

F. Mustafa qeyd edib ki, sonradan həmin tərbiyəsizlik edən xuliqanı oradan aralayıblar, ancaq bu hadisə oradakı duyarlı insanlara çox pis təsir göstərib: “Bunu niyə yazmalı oldum, çünki dəfələrlə eşidirik ki, qəza törətmiş sürücü hadisə yerindən qaçıb. Doğrudur, vicdansız insanlar da az deyil, köməksiz vəziyyətdə olan insanı hadisə yerində buraxaraq qaçanlar barədə az-çox bilgilərimiz var. 

Lakin bir çox hallarda məhz bu cür qanunsuz linçetmə adətinə görə sürücülər qəza törətdikləri zaman qorxudan qaçmağa qərar verirlər. Xəsarət almış, qəza nəticəsində ölmüş insanların yaxınlarının ilkin reaksiyalarını anlamaq mümkündür, hissi davranışların idarə olunmasında da insanların problemləri olur. Lakin bu məsələyə həm də cəmiyyətimizdə yayğın olan bir mədəniyyətsizlik amili kimi baxmaq lazımdır. 

Özünü qanunun yerinə qoyub onsuz da acı duruma düşmüş sürücünü linç etmək istəyən bir zehniyyətə görə, insanlar bu qorxunu göz önünə gətirərək, törətdiyi qəza zamanı hadisə yerindən uzaqlaşmağa üstünlük verirlər. Hələ bir çox hallarda qadınlar bu linçetmə prosesində elə əxlaqdanuzaq davranış sərgiləyirlər ki, onların yetişdirdikləri uşaqlara amansız münasibəti barədə tam təsəvvür formalaşdıra bilirsən. 

Əlbəttə, avtoşluq edərək, qudurğanlıqdan sürət həddini aşaraq qəza törədən sürücülərə qarşı ilkin reaksiyanı bəlkə də anlayışla qarşılamaq olar, ancaq təsadüfən qəza törətmiş, xəsarət almış insana dərhal yardım göstərmək istəyən sürücülərə qarşı belə bir davranış mədəni cəmiyyətlərdə nadir hallarda rastlaşılır, bu cür davranışlar olduğunda isə qanunla bu linçi törədənlər cəzalandırılır. Bizdə isə hadisə yerində bu cür linçi törədənləri məsuliyyətə cəlb etmək ənənəsi hardasa yox kimidir. Halbuki bu kimi əməllər cəzalandırılmayınca, bir qrup insanlar üçün adiləşir, qəza törətmiş sürücülər üçün isə insanlıq borcunu yerinə yetirməkdə çəkingənlik yaradır”.

Related Articles

+994 50 295 94 79
top