Oqtay Əsədov: Kartdan pul çıxara bilmirəm

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov post-terminalların işləməməsindən şikayətlənib. 

Virtualaz.org-un məlumatına görə, Əsədov vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında fikirləşmək lazımdır: 

“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Related Articles

+994 50 295 94 79
top