İlkin Bakı Nəqliyyat Agentliyini BİABIR etdi: “Dərəbəylikdir” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Aparıcı – aktyor İlkin Həsəni sosial şəbəkə hesabında Bakı Nəqliyyat Agentliyinin (BNA) işini tənqid edib.

BiG.AZ xəbər verir ki, aktyor “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətin bərbad olduğunu dilə gətirib:

“Yenə həftəsonu “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma…”

Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.

Related Articles

+994 50 295 94 79
top