“Azərbaycanda dövlət qurumları MMC-yə çevrilib” – Elçin Əlibəyli

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanda Dövlət Qohumlar Komitəsi yaradıb (30 min ştatla) bütün məmurların qohumlarını ora işə götürmək lazımdır”. 
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış teleaparıcı Elçin Əlibəyli deyib. Məmurların yaxın qohumlarının yüksək vəzifələrə təyin olunmasına sarkazımla reaksiya verən teleaparıcı qeyd edir ki, bütün ştatların adı da komitə sədri olsun: “Çünki, dövlət qurumları MMC-yə çevrilib”.

E. Əlibəyli dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən də narazılığını bildirib: “Jurnalistlər, redaktorlar, lap media generalları da birləşib, bir qurumun mətbuat xidmətinin rəhbərini girov götürməlidir. Şərt isə “mətbuat xidmətlərinin rəhbərləri danışsınlar” olmalıdır. Başqa yol yoxdur. Səhər iclasda, günorta naharda, axşam üstü yasda, axşam istirahətdə olurlar və onları narahat etmək olmaz. 

Bazar ertəsi- “ağır gün”, çərşənbə axşamı- “dünən ağır gün idi”, çərşənbə-“həftə içidir” , cümə axşamı- “yasdayıq”, cümə- “namazdayıq” (şənbə və bazarı da yazmıram, hamı bilir) bəhanələri ilə dövlətin, hökumətin işini təbliğ etmək olmaz! Gənclər təyinat alanda sevinmişdik, indi onlar balaca padşahlar olublar. Barı, yaşlı mətbuat xidmətlərinin rəhbərləri cavab verirdilər”.

Related Articles

+994 50 295 94 79
top