Bakıda sürücü intihar məqsədilə avtomobilini divara çırpıb – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, qəza Bakının Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Məmmədov Rahib Elton oğlu idarə etdiyi “Renault” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman onun avtomobili qəfil yol kənarındakı dekorativ beton arakəsməyə çırpılıb. Hadisə zamanı o, bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. İlkin müayinə zamanı qəzanın bilərəkdən törədildiyi ehtimalı ortaya çıxıb. Belə bir ehtimala avtomobildən sürücünün yazdığı vəsiyyətnamənin tapılması əsas verib. Məlum olub ki, sürücü R.Məmmədov maddi çətinlikdən əziyyət çəkib. Məhz buna görə də o özünü öldürmək qərarına gəlib.

Baş vermiş hadisədən xəbər tutan R.Məmmədovun yaxınları hadisə yerinə gəlib. Sürücü yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.
 

Related Articles

+994 50 295 94 79
top