“Ay Marsın bir hissəsidir” — Trampdan QALMAQALLI AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Donald Tramp özünün “Twitter” mikrobloqunda bildirib ki. Ay Marsın bir hissəsidir. Onun bu qeydi istifadəçilər arasında çaşqınlıq yaradıb. Buna qədər amerikalı astronavt Maykl Kollinz prezident Trampın kosmos məsələlərində naşı olmasını kəskin tənqid etmişdi.


İyunun 7-də ABŞ dövlət başçısı “Twitter” mikrobloqunda Ayın Mars planetinin bir hissəsi olduğunu yazıb. “NASA… diqqəti iri şeylərə yönəltmək lazımdır, məsələn, Marsa (Ay bunun bir hissəsidir)”, – Tramp yazıb.


Prezidentin bu sözləri istifadəçilər arasında əsl emosiya fırtınası yaradıb. Bəziləri dövlət başçısını savadsızlıqda ittiham ediblər və onun qeydindəki səhvləri düzəltməyə girişiblər. Digərləri isə, sadəcə olaraq, prezidentin qeydini gülüş obyektinə çeviriblər.


“7 iyun 2019-cu il. Bu tarixdə Ay Marsın bir hissəsi oldu”, – istifadəçilərdən biri yazıb.


Bəziləri isə güman edir ki, Tramp sadəcə Aya doğru yeni uçuşun Mars missiyası istiqamətində aralıq mərhələsi olduğunu nəzərdə tutduğunu bildiriblər.


İstifadəçilərin bu cür kəskin reaksiyasına Tramp heç bir cavab verməyib.


Bu qeydin sosial şəbəkələrdə yayılmasına az qalmış amerikalı astronavt, Aya uçmuş “Apollon-11” missiyasının üzvü Maykl Kollinz Trampın kosmos məsələlərində naşılığını kəskin tənqid edib. ABŞ HHQ briqada generalının sözlərinə görə, o, amerikalıların Marsa uçması anına qədər yaşamaq istərdi, amma çətin ki, Trampın hakimiyyəti dövründə belə bir şey mümkün olsun.


“Düşünmürəm ki, Tramp Mars haqqında çox şey bilir. Hətta mən düşünürəm ki. onun bu planetin mövcudluğundan belə xəbəri yoxdur”, – Kollinz yazıb.

Related Articles

+994 50 295 94 79
top